İŞİD-in növbəti hədəfi bu bölgədir - Azərbaycanın da qatıldığı forumda TƏHLÜKƏLİ MESAJ

İŞİD-in növbəti hədəfi bu bölgədir - Azərbaycanın da qatıldığı forumda TƏHLÜKƏLİ MESAJ
https://www.peyk.az

ABŞ xüsusi xidmət orqanları İŞİD yaraqlılarının Əfqanıstana köçürülməsində iştirak edir.

Publika.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kəşfiyyat və Beynəlxalq Əlaqələr Bürosunun rəhbəri Sergey Beseda deyib.

Kazan şəhərində MDB xüsusi xidmət orqanları rəhbərlərinin 16-cı iclasında çıxış edən Besedanın sözlərinə görə, bu yaraqlılar gələcəkdə Orta Asiyada vəziyyəti gərginləşdirmək üçün istifadə olunacaq. Bunun qarşısını almaq üçün birlik ölkələrinin hüquq mühafizə orqanları və kəşfiyyatı təhlükəsizliyi təmin etmək və xarici qüvvələrin dağıdıcı təsirinin qarşısını almaq üçün təhlükəli cəhdləri müəyyənləşdirməlidir.

Qeyd edək ki, bu gün Kazanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Sergey Narışkinin sədrliyi ilə MDB xüsusi xidmət orqanları rəhbərlərinin 16-cı iclası keçirilir. Forumda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyəti iştirak edir.