İsrail yenə hökumət qura bilmir: Çıxış yolu budur!

İsrailin Baş naziri Benyamin Netanyahu partiyası Likud və "Kaxol-Lavan" (Mavi-Ağ) bloku arasında koalisiya hökuməti qurulmayacağı təqdirdə ölkədə yenidən parlament seçkiləri keçirilməsi yerinə xalqa sadəcə baş naziri yenidən seçməyi tövsiyə edib.

İsrail yenə hökumət qura bilmir: Çıxış yolu budur!
https://peyk.az

Peyk.az xəbər verir ki, Netanyahu bu barədə yayımladığı video-müraciətdə bildirib. O, koalisiya yaradıla bilməməsinin əsas səbəbinin "Kaxol-Lavan"dan qaynaqlandığını deyib:

“Kaxol-Lavan liderləri birlik hökuməti qurmağa razılaşmırlarsa, erkən seçkilərin qarşısını almaq üçün bir variant var, o da Benni Qantz ("Kaxol-Lavan" mərkəzçi blokunun lideri) və mənim namizəd olacağım baş nazir seçkisidir”.

Qeyd edək ki, 17 sentyabrda İsraildə parlament seçkiləri keçirilsə də, koalisiya hökuməti formalaşdırılmayıb. 11 dekabra qədər koalisiya hökuməti formalaşdırılmazsa, İsrail xalqı 1 ilin ərzində 3-cü dəfə seçkiyə gedəcək.

Xatırladaq ki, İsraildə baş nazir seçkisi yoxdur. Netanyahunun təklifi qəbul olunsa belə, parlamentin təsdiqləməsi şərtdir.