İsrailin baş naziri özünün toxunulmazlıq hüququnu ləğv etdi

İsrailin baş naziri Benyamin Netanyahu özünün toxunulmazlıq hüququnu ləğv edib.

İsrailin baş naziri özünün toxunulmazlıq hüququnu ləğv etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bundan sonra o, korrupsiya ittihamı ilə əlaqədar məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə “Reuters” xəbər yayıb.

Məlumata görə, toxunulmazlıq hüququ ləğv edildikdən dərhal sonra hökumət başçısına qarşı rəsmi ittiham irəli sürülüb.

O, nüfuzlu sahibkarlardan ümumi dəyəri 264 min dollar olan hədiyyələri qəbul etməkdə şübhəli bilinir.