İtlər sözləri daha yaxşı anlayır-Alimlərdən yeni təcrübə

İtlər sözləri həqiqətən də daha yaxşı anlayırlar. 

İtlər sözləri daha yaxşı anlayır-Alimlərdən yeni təcrübə
https://peyk.az

Peyk.az-ın məlumatına görə, bunu Braytondakı Sasseks universitetinin alimləri deyiblər. Onlar 42 it növünün davranışını videoya alıblar. İtlər öz sahibləri ilə birlikdə olublar və 6 sadə sözü ingilis dilində dinləyiblər. Bu sözlərin heç biri komanda mənasını verən söz olmayıb. Sözlər itlərə tanış olmayan insanlar tərəfindən müxtəlif aksentlərlə deyilib.
Məlum olub ki, itlər qulaqlarını şəkləyərək yeni söz eşidəndə səsgücləndiriciyə yaxınlaşıblar. Bu o deməkdir ki, itlər sözlər arasındakı fərqi hiss ediblər. Müxtəlif aksentli insanlar "had" sözünü işlədəndə itlər maraqla dinləməyiblər. Ehtimal edilir ki, heyvanlar eyni sözün təkrar olduğunu başa düşüblər.