Jirinovski təkid edir: Himni ixtisar edək

Rusiyanın himni olduqca uzundur, qadınlar və uşaqların bunu ifa etmələri çətindir.

Jirinovski təkid edir: Himni ixtisar edək
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasının iclasında deyib.

“Budur, biz himni ifa etdik. Mən Dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşeninnikovdan israrla tələb edirəm, gəlin himnə düzəliş edək. Üç bənd var, dördüncü bəndi isə nəqarət edək. 4 bənd və 4 nəqarətdən ibarət olanda isə səsləndirilmə çox uzun olurdu, bu da uşaqlar, qadınlar və yaşlılar üçün çox ağırdır”, - Jirinovski bildirib.