Kərrubidən Xameneiyə: Rəhbərlik üçün yetərli deyilsən

Bu hadisələr qətliam zəncirinin halqalarını müəyyənləşdirir. Əgər dedikləri kimi bu faciələrlə hər hansı bağlılığınız yoxdursa və həqiqəti də öyrənməyə çalışmadınız, necə komandansınız ki, başqaları sizinlə və ölkə ilə belə oynaya bilir? Açıq görünür ki, qüdrət, cəsarət, idarəçilik və siyasi rəhbərlik üçün yetərli şərtlərə sahib deyilsiz.

Kərrubidən Xameneiyə: Rəhbərlik üçün yetərli deyilsən
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İranda ev dustağı olan müxalif lider Mehdi Kərrubi ölkədə baş verən hadisələrlə bağlı ali dini lider Əli Xamaneiyə yazdığı məktubda qeyd edib.

Kərrubi Ukrayna Hava Yollarına aid təyyarənin vurulmasına görə ölkənin silahlı qüvvələrinin komandanı olaraq Xameneinin məsuliyyət daşıdığını bildirib.

Müxalif lider Xameneini ölkənin bütün işlərinə lazımsız müdaxilə etməklə ittiham edib.