Kataloniya polisi "El-Klasiko"nun dekabrın 18-də keçirilməsindən ehtiyat edir

Kataloniya polisi İspaniya La Liqasının X turundan təxirə salınan "Barselona" - "Real Madrid" matçının dekabrın 18-də keçirilməsindən ciddi şəkildə ehtiyat edir.

Kataloniya polisi
https://peyk.az

Peyk.az "Lasexta"ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları "El-Klasiko" zamanı təhlükəsizliyə tam zəmanət verə bilməyəcəklərindən narahatdırlar. Heyət çatışmazlığı səbəbindən Madrid klubunun avtobusunun polis tərəfindən lazımı səviyyədə müşayiətinin təşkili mümkünsüz hesab olunur. Həmçinin oyun günü Kataloniyada növbəti etiraz aksiyası gözlənilir.

Bununla əlaqədar olaraq yerli polis hesab edir ki, dekabrın 18-də "Barselona" və "Real Madrid" arasında oyun keçirmək düzgün deyil.

Qeyd edək ki, dekabrın 18-də matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.