“Kimsə düyməyə basıb, təyyarəni vurub” – Rusiyadan soyuq reaksiya

“İranın Ukraynanın sərnişin təyyarəsini vurmasına görə qınayırıq, amma İranı buna ABŞ təhrik edib”.

“Kimsə düyməyə basıb, təyyarəni vurub” – Rusiyadan soyuq reaksiya
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu rusiyalı deputat Yuri Şvıtkin deyib.

Deputat ABŞ-ı İranı təxribata çəkməkdə ittiham edib.

O, BŞ-ın İranla bağlı siyasətinin beynəlxalq hüquq normalarını pozduğunu söyləyib: “Ukrayna təyyarəsinin vurulması İran tərəfindən dövlət səviyyəsində verilmiş qərar deyil, bu, bir nəfərin xətasıdır. Kimsə yanlışlıqla düyməyə basıb, İranın bunu qəsdən etmədiyinə inanmaq mümkündür. Əlbəttə, İran etiraf etdi, bunu qiymətləndirmək lazımdır”.