"Klopp "Liverpul"dakı 1-ci mövsümünü neçənci bitirdi?"- Mourinyo

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo istədiyi komandanı qurmaq üçün zamana ehtiyacı olduğunu düşünür.

Peyk.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis Yürgen Kloppun "Liverpul"dakı işini nümunə gətirərək fikrini izah edib:
 
"Liverpul" bu gün dünyanın ən yaxşı komandasıdır. Mən "Google" axtarış sisteminin köməyindən istifadə etdim və əmin oldum ki, Klopp 2015-ci ilin oktyabrından klubu çalışdırır, indi isə 2020-ci ildir. O, vaxtdan artıq 8 transfer pəncərəsi keçib. Ən vacibi isə Klopp öz fəlsəfəsi və metodlarından istifadə etməyə vaxt tapdı. Onlar addımbaaddım işləyirdilər və bu fantastik işlər belə gözəl nəticələri gətirdi. Klopp "Liverpul"dakı 1-ci mövsümünü neçənci bitirdi? Səkkizinci! Dörd ilsonra isə "Liverpul" dünyannın ən yaxşı komandasıdır".