"Komandada inamsızlıq var, növbəti oyunda belə olmayacaq" - İbrahimoviç

“Qol vurmaq üçün inam əskikliyi yaşayırıq. Cəmi dörd gündür burdayam və hər mənada komandaya kömək etmək üçün çalışacam".

https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri “Milan”ın yeni transferi Zlatan İbrahimoviç “Football İtalia”ya açıqlamasında deyib.

38 yaşlı hücumçu “Milan”a ikinci qayıdışını şərh edərkən “Sampdoriya” ilə oyun (0:0) haqda da danışıb:  Komandada bir az inamsızlıq var. Növbəti oyunda belə olmayacaq. "Sampdoriya" ilə görüşdə çox adrenalin yaşadım. 9-10 ildir içimdə saxladığım bir hissi yaşayıram. Meydanda olmaq, qol vurmaq və bunu azarkeşlər qarşısında Allah kimi bayram etmək istədim. Azarkeşlərlə çox yaxşı münasibətim var. Bu, mənə motivasiya verir".