Konor Makqreqor "Kovboy"a qarşı

MMA üzrə UFC 246 seriyalı yarışda məşhur irlandiyalı döyüşçü Konor Makqreqor və amerikalı Donald Serrone qarşılaşacaq.

Konor Makqreqor
https://peyk.az

Peyk.az xəbər verir ki, 31 yaşlı Makqreqor bundan əvvəlki görüşlərində amerikalı Floyd Meyvezerə 10 raundluq döyüşdə texniki nokautla, rusiyalı Həbib Nurməhəmmədova 4-cü raundda boğucu fəndlə məğlub olmuşdu. Donald Serronenində də sonuncu döyüşlərində vəziyyət eynidir. O, həmyerliləri Toni Ferqyusona və Castin Qeydciyə uduzub.

Konor Makqreqor və Donald Serrone bir-biriləri ilə heç vaxt qarşılaşmayıblar. İrlandiyalı peşəkar döyüşçü karyerası ərzində ümumilikdə 25 döyüşə çıxıb. Onların 21-də qalib gəlib, 4-də isə məğlub olub. Rəqibindən 2 dəfə çox görüş keçirən Donald Serrone 50 qarşılaşmanın 36-da qələbə qazanıb, 13-də isə məğlub olub. Serronenin yalnız 1 döyüşündə, hakimlərin qərarı ilə nəticələri ləğv edilib.

Görüş sabah səhər 8-də başlanacaq.