“Konsertimdən 5 manat qazandım” - Miri Yusif

Xalq artisti Miri Yusif 2 fevral Gənclər günündə fanatları ilə görüş keçirib.

“Konsertimdən 5 manat qazandım” - Miri Yusif
https://peyk.az

Tədbir zamanı sənətçi pərəstişkarları üçün musiqi qrupu ilə canlı ifalar səsləndirib. Onlarla ünsiyyətdə olub.

M.Yusif açıqlamasında mediadan uzaq gəzməsinə və verilişlərə az çıxmasına aydınlıq gətirib:

“Müxtəlif verilişlər var ki, ora qatılıram. Hər zaman da gələcəm. Mediadan qaçmıram. Ürəyimin qapıları onlara açıqdır. Elə verilişlər çəksinlər ki, hamı gəlib sənətini göstərsin. Dəxlisiz söhbətlər olmasın, özgənin cibi sayılmasın ki, gələk”.