Konte ilk dəfə Ankarada – 1,5 saatlıq kritik görüş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliya Baş naziri Cüzeppe Konte arasında görüş baş tutub.

Konte ilk dəfə Ankarada – 1,5 saatlıq kritik görüş
https://peyk.az

Peyk.az xəbər verir ki, təkbətək və heyətlər arasında görüş saat yarım mətbuata qapalı keçirilib.

Ərdoğanın dəvəti ilə Türkiyədə ilk dəfə səfərdə olan Konte ilə görüş Ankarada prezidentin iqamətgahında baş tutub.

Tərəflər Liviya başda olmaqla regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

Liviyada davamlı atəşkəs istəyirik - Ərdoğan

“Liviyada davamlı atəşkəsin tətbiq olunması üçün ciddi səy göstəririk. Ümid edirik ki, davamlı atəşkəs imzalanacaq".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Cuzeppe Konte ilə Ankarada təşkil olunan birgə mətbuat konfransında belə deyib. O bildirib ki, məqsəd Liviyanın ərazi bütövlüyünün təmin edilməsidir.

Ərdoğanın sözlərinə görə, Türkiyə Liviyanın suveren dövlət olması üçün əlindən gələni edəcək.