Könülü görən Nazpəri studiyada əyləşmək istəmədi

“Xəzər” TV-də yayımlanan “5/5” proqramının 6 illik yubiley buraxılışında Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Könül Kərimova arasında gərgin anlar yaşanıb.

Könülü görən Nazpəri studiyada əyləşmək istəmədi
https://peyk.az

Peyk.az xəbər verir ki, əvvəlcə proqrama Könül Kərimova və Nadir Qafarzadə gəlib. Daha sonra isə Nazpəri Dostəliyeva studiyaya daxil olub.

Mahnı ifa edən sənətçi sonda verilişin aparıcısı Zaur Kamalla və N.Qafarzadə ilə görüşüb, lakin K.Kərimova ilə salamlaşmayıb. Proqramda aparıcını təbrik edən N.Dostəliyeva bu sözləri işlədib:

“Verilişin uzunömürlü olsun. “5/5”in açılışı bizim bağda olub. Amma verilişdə qədəm məsələsi var. Qəlbimiz saf, təmiz düz olanda qədəmimiz də gözəl olur. Ürəyimizdə xəbislik, pislik, ikiüzlülük, paxıllıq olmasa, ürəyimiz düz olsa, verilişimiz də, bütün işlərimiz də düz olar”.

Daha sonra proqram reklam fasiləsinə ayrılıb. N.Dostəliyeva qonaqlara birgə divanda əyləşməkdən imtina edib və kulisdə gözləyib. N.Qafarzadənin ifası zamanı aparıcı onu yenidən studiyaya gətirib.

Z.Kamal qonaqlarından birlikdə selfi çəkdirməyi xahiş edib. Bu zaman N.Dostəliyeva “Mən gülləri suvarıram”, K.Kərimova isə “Selfidə yaxşı düşmürük” deyə, bəhanə gətirərək eyni kadra düşmək istəməyiblər. Lakin onların bu istəyi reallaşmayıb. Şəkil çəkdirən zaman N.Dostəliyeva “Selfi çəkdirmək hələ ürəkdə qalmaq demək deyil” sözlərini işlədib.

Zaur isə onlara “Mənim 6 illiyimi zay etməyin” deyə, söyləyib.

Qonaqlar getdikdən sonra isə N.Dostəliyeva fikirlərinə belə davam edib:

“İllər keçə bilər. Əsas odur ki, insan həyatda etibarlı, sadiq olsun. Kəsdiyi çörəyi ayaqlamasın. Heç kim üçün yox, özü, vicdanı, mənliyi, şəxsiyyəti üçün... Bax, bu, çox qəliz məsələdir”.

Qeyd edək ki, sənətçilərin küsülü olması barədə indiyədək heç bir məlumat yayılmayıb.