Kürdəmirdə AĞIR QƏZA - Ölən və Yaralılar var

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Kürdəmirdə AĞIR QƏZA - Ölən və Yaralılar var
https://peyk.az

Peyk.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonun Alğırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford Tranzit” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində Mingəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Şıxıyev Rəşad Əlvan oğlu dünyasını dəyişib, sürücü 2000-ci il təvəllüdlü Cabbarlı Ayxan Cəbi oğlu və onun sərnişini 1990-cı il təvəllüdlü İslamova Könül Faid qızı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.