Kürdəmirdə avtomobil dərəyə aşıb

Kürdəmirdə avtomobil qəzası baş verib.

Peyk.az-ın xəbərinə görə, hadisə rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Babaşov Məhəmməd Vəli oğlu "Prado Toyota" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı sürücü yüngül xəsarət alıb. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.