"Lənkəranskini o biri dünyaya göndərdik" deyən azərbaycanlı...

Ötən il Minsk məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Rəşad Gəncinski kimi tamınan azərbaycanlı "qanuni oğru" Rəşad İsmayılov cəzaçəkmə müəssisənə köçürülüb.

https://peyk.az

Peyk.az xəbər verir ki, Rəşad Gəncinski Mogilyovdakı koloniyaların birində cəzasını çəkəcək.

Rəşad Gəncinski Rusiya vətəndaşıdır, Moskvada yaşayırdı, evlidir və dörd azyaşlı uşağı var. Onunla həbs edilən sürücü Vaydar Məmmədov isə Azərbaycan vətəndaşıdır. Onlarla birgə tutulan Dmitri Gritsuk isə Belarus vətəndaşıdır.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar.

Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb. Onun sürücüsü olan belarusluda iki tapança və patronlar, digər azərbaycanlıda isə həşiş aşkar edilib.

Gəncinski məhkəmədə deyib ki, 2012-ci ildə borclu olduğu adam ona saxta vətəndaşlıq və xarici pasport təklif edib. "O vaxtdan mən öz əsl adımdan istifadə etmirəm. Mən bu pasporta öyrəşmişəm, fikirləşmişəm ki, bu pasport qanunidir", - deyə o, məhkəmədə bildirib.

Qeyd edək ki, Rəşad Gəncinski 2017-ci ilin avqustunda Abxaziyada güllələnmişdi. Rus mənbələri yazırdı ki, Gəncinski Abxaziyanın Qudauti şəhərinə Nadir Səfilovun (Lotu Quli) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə Quliyə yaxın olan Nika Qaqrinski ləqəbli "qanuni oğru" Nikolay Dqebuadzeyə dəstək vermək olub.

Rəşad Gəncinski ile ilgili görsel sonucu"

Rəşad Gəncinskinin Qulinin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə il öncə yayılmışdı.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, Rəşad Gəncinski qanqsterlər arasındakı söhbətlərdən birində Rövşən Lənkəranskini onun əmri ilə "o biri dünyaya göndərdiklərini" deyibmiş. Rəşad Gənsinski bildirib ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

Məlumat üçün deyək ki, Rəşad Gəncinski 1978-ci ilin 16 martında Gəncədə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhəllədə xırda cinayətlərə qarışıb. Daha sonra Moskvada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısamüddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin fevralında Moskvada böyük "sxodka" keçirilir. Həmin "sxodka"da azərbaycanlı "qanuni oğrular"dan Vaqif Süleymanov ("Vaqif Diplomat"), Əlibaba Həmidov ("Qoca Yasamalski" öldürülüb), Arif Mehdiyev ("Arif Sumqayitski"), Yunus Nəzərov ("Yunus Yasamalski"), Baxış Əliyev ("Vaxa"-öldürülüb) iştirak edib. "Sxodka"da "Rəşad Gəncinski" "qanuni oğru" kimi taclandırılıb.