Liverpuldan möhtəşəm rekord

“Liverpul” Avropanın TOP-5 liqasında rekorda imza atıb.

Liverpuldan möhtəşəm rekord
https://peyk.az

Peyk.az xəbər verir ki, Yurgen Kloppun komandası dünən İngiltərə Premyer Liqasında “Tottenhem”i 1:0 hesabı ilə məğlub edib. Bununla da liqanın startında onlar 21 oyuna 20-ci qələbəsini və 61-ci xalını qazanmış olub.

Bu, Avropanın 5 ən güclü liqasında bir mövsümdə ən yaxşı göstəricidir.