Lökbatan qəsəbəsində partlayış olub

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində partlayış baş verib.

Lökbatan qəsəbəsində partlayış olub
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə Qaradağ Rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində qeydə alınıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Təcili Yardıma saat 10:14-də daxil olub: “Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib”.