London Şotlandiyanın müstəqillik tələbini rədd etdi

Böyük Britaniya hökuməti Şotlandiyanın müstəqillik tələbini rədd edib.

London Şotlandiyanın müstəqillik tələbini rədd etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson referendumun Şotlandiyanın son on ildəki siyasi durğunluğunu davam etdirəcəyini söyləyib.

Şotlandiyanın Birinci Naziri və Milli Partiyanın lideri Nikola Stercen dekabrda keçirilən parlament seçkilərində 48 yer qazandıqdan sonra Britaniya hökuməti ilə ölkəsində müstəqillik referendumunun keçirilməsi barədə danışıqlara başlayacağını açıqlamışdı.

Xatırladaq ki, 2014-cü ildə keçirilmiş müstəqillik referendumunda 55 faiz seçici Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına səs vermişdi.