Luçesku türklərdən gileyləndi - "Kiçik bir təşəkkürə layiq deyiləm?"

Türkiyə millisinin sabiq baş məşqçisi Mirça Luçesku komandanın Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib.

Luçesku türklərdən gileyləndi -
https://peyk.az

Peyk.az xəbər verir ki, rumıniyalı mütəxəssis “Fanatik” qəzetinə açıqlamasında Şenol Günəşin kollektivini təbrik edib. O, eyni zamanda yığmanın bu uğurunda öz payının da olduğunu deyib: "Şenol Günəş çox ağıllı və çalışqan məşqçidir. Gördüyü işlər ortadadır. Sağ olsun, mənim qoyub, getdiyim qaydaları pozmadı, üzərinə əlavələr edib, mükəmməl bir uğura imza atdı. Təbrik edirəm. Möhtəşəm bir iş gördülər. Bəli, bəlkə də mən çox uğurlu olmadım. Ancaq bu mükəmməl komandanın təməlini  qoyan bir futbol adamı olaraq kiçik bir təşəkkürə layiq deyiləm?”

Luçesku millidəki gəncləşdirmənin onun dövründə başladığını əlavə edib:“Çağlar Söyüncünü unutmayaq. Öz komandasında 1 il oynamadı. “Lester"in baş məşqçisi ilə danışdım. Özündən də ruhdan düşməyib, hazır olmağını istədim. İrfanı ilk dəfə milliyə çağırdım. Çağlar, Merih və digər futbolçularla dialoqda idik. O qədər çox şey etdim ki... Media bunu görmədi".
Qeyd edək ki, M.Luçeska 2017-2019-cu illər ərzində “ay-ulduzlular”ı çalışdırıb.