Lukaşenko Moskvanı Minskə təzyiq etməkdə ittiham etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvanın Minskə təzyiq göstərmək üçün neft sənayesində vergi manevrindən istifadə etdiyini söyləyib.

Lukaşenko Moskvanı Minskə təzyiq etməkdə ittiham etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə məlumatı “Belta” agentliyi yayıb.

Belarus liderinin fikrincə, Rusiya tərəfindən bu cür addımlar suveren Belarusun prezidentlik İnstitutunu təhdid edir.

“Belarusun son prezidenti olmaq istəmirəm. Birinci olmaq şərəflidir, lakin sonuncu olmaq istəmirəm”, — deyə Lukaşenko vurğulayıb.

O, həmçinin qeyd edib ki, ölkələr arasındakı fikir ayrılıqlarının səbəbi Rusiya tərəfinin Belarusa neftin qiymətini dünyadakından daha çox ödəməyi tələb etməsidir.