Məktəb yandı, şagirdlər təxliyyə edildi - FOTO

Peyk.az xəbər verir ki, Rayon Təhsil Şöbəsindən "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, bu gün Quba rayonunun Tülər kənd ümumi orta məktəbinin çardağında 14:15 radələrində yanğın hadisəsi baş verib.

Məktəb yandı, şagirdlər təxliyyə edildi - FOTO
https://peyk.az

Məktəb rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verilib.

Yanğın hadisəsi baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyyə olunub, heç bir uşaq xəsarət almayıb. Dərhal görülən tədbirlər nəticəsində məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub. Bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbiində tədrisə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Tülər kənd ümumi orta məktəbində 100 şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır.
Məktəb yandı, şagirdlər təxliyyə edildi - FOTOMəktəb yandı, şagirdlər təxliyyə edildi - FOTOMəktəb yandı, şagirdlər təxliyyə edildi - FOTOMəktəb yandı, şagirdlər təxliyyə edildi - FOTO