Məktəbdə dəhşətli izdiham -15 şagird öldü, onlarla yaralı var

Keniyanın paytaxtı Nayrobidəki orta məktəbdə izdiham baş verib.

Məktəbdə dəhşətli izdiham -15 şagird öldü, onlarla yaralı var
https://peyk.az

Peyk.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 uşaq həyatını itirib. Çox sayda şagird xəsarət alıb. Xəstəxanaya yerləşdirilən şagirdlərin bədənində sınıq xəsarətləri aşkarlanıb. Polisin sözlərinə görə, şagirdlər məktəbdən çıxarkən bir neçə uşaq yıxılıb.

Onların səs-küy salması digər şagirdləri də həyəcanlandırıb. Nəticədə şagirdlər arasında təşviş yaşanıb. Qorxuya düşən uşaqlar ərazidən qaçmağa çalışarkən onlarla şagird ayaq altında qalıb.