Məsələ yanvarın 31-dək bitəcək – Baş nazir söz verdi

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin 31 yanvar tarixinə qədər Avropa İttifaqını tərk edəcəyini söyləyib.

Məsələ yanvarın 31-dək bitəcək – Baş nazir söz verdi
https://peyk.az

Peyk.az xəbər verir ki, baş nazir “Sky News”a deyib:

“Biz “Breksit”i 31 yanvar tarixinə qədər həyata keçirəcəyik. Heç bir “əgər”, heç bir “yox” olmadan…”

Britaniyada dekabrın 12-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Mühafizəkarlar Partiyası parlamentdə mütləq çoxluq qazanıb. B.Consonun qeyd etdiyi kimi, Mühafizəkarlar Partiyası xalqdan “Breksit”i reallaşdırmaq üçün mandat alıb.