Məşhur aktrisa özündən 16 yaş böyük iş adamıyla evlənir - İkinci dəfə

Türkiyənin məşhur aktrisası Naz Elmas 52 yaşlı iş adamı, sevgilisi Erol Özmandıracı ilə evlənir.

Məşhur aktrisa özündən 16 yaş böyük iş adamıyla evlənir - İkinci dəfə
https://peyk.az

Peyk.az xəbər verir ki, cütlük dekabrın 15-də nikah masasına əyləşəcək.

Ötən il dəfilədə tanış olan cütlük “Esma Sultan Yalısı”nda münasibətlərini rəsmiləşdirəcək. İş adamı aktrisanı ilk görüşdən sevdiyini açıqlayıb.

Qeyd edək ki, Naz Elmas 2014-cü ildə Emre Kiramerlə evlənmişdi. Onun evliliyi altı ay davam etmişdi.