Məşhur cütlük reklamdan bir milyon qazanacaq

Türkiyəli aktyorlar Sedef Avcı və Kıvanç Kasabalı məşhur mebel brendlərindən birinin siması seçiliblər.

Məşhur cütlük reklamdan bir milyon qazanacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, 15 ildir evli olan cütlüyün reklamdan 1,5 milyon lirə (təxminən 427 min manat) aldığı bildirilir.

Məşhur cütlük 2020-ci il boyunca ekranlarda nümayiş olunacaq reklam çəkilişlərini tamamlayıblar.

“Yeni ili səbirsizliklə gözləyirlər. Görəsən, nəyə təəccüblənirlər? Tezliklə biləcəksiniz, gözləyin!”, - Sedef Avci sosial media hesabında yazıb.

Qeyd edək ki, Kıvanç və Sedef cütlüyünün altı yaşlı Can adlı oğlu var.

Sevinc Yasinqızı