Məşhur futbolçu evli qonşusu ilə münasibətə girib ata oldu

"Çelsi"nin keçmiş qapıçısı Tibo Kurtua xoşagəlməz sevgi hekayəsi yaşayıb.

Məşhur futbolçu evli qonşusu ilə münasibətə girib ata oldu
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Star" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, tanınmış futbolçu Londonda yaşadığı müddətdə onunla qonşuluqda yaşayan evli qadın Elza Ayzeklə tanış olub. Tərəflər arasında münasibət başalayandan sonra Ayzek bankir ərindən ayrılıb.

Elza "Çelsi"nin oyunlarından əvvəl onun qaldğı hotelə gələrək belçikalı ilə münasibətdə olub.

Tibo Kurtua həmin dövr başqa xanımla (Marta Dominguez) da münasibət yaşayıb. Elza isə həmin ərəfədə dörd uşaq anası olub.

Elza Kurtuadan hamilə qaldıqdan sonra futbolçu münasibətləri dayandırıb. O, xanıma məsləhət görüb ki, abort etdirsin və birgə yaşamaq üçün Madridə yollansın.

Elza Ayzek bundan imtina etdikdən sonra tərəflər arasında münasibət pozulub. Xanım 5 aylıq hamilə olarkən futbolçu onu tərk edib.