Məşhur müğənni 10 ildən çoxdur mobil telefon işlətmir

Robi Uilyams 2006-cı ildən bəri mobil telefon işlətmir.

Məşhur müğənni 10 ildən çoxdur mobil telefon işlətmir
https://peyk.az

Peyk.az Publika.aza istinadən xəbər verir ki, britaniyalı müğənni yalnız kompüter işlətdiyini bildirib:

"Telefondan canımı qurtardım, çünki onu sevmirdim. Daim Wi-Fi-dan yararlanıram".

Qeyd edək ki, Uilyams telefon işlətməmək məsələsində tək deyil. Belə ki, onun həmyerlisi Elton Con da 2016-cı ildə etiraf etmişdi ki, mobil qurğudan istifadə etmir. Müğənni mobil telefonların həddindən artıq yayılmasını mənfi hal hesab edir.

Tanınmış almaniyalı rejissor Verner Hersoq da 2016-cı ildə bildirmişdi ki, 24 saat mobil telefonla əlaqədə qalmağı sevmir.

"YouTube" videoservisinin rəhbəri Syuzen Voyjitski isə uşaqlarına mobil telefondan istifadəni qadağan edib.