Məşhur sənətçi səhnədə öldü - Son nəfəsini verməzdən əvvəl üzr istədi

ABŞ-ın dünyaca məşhur müğənnisi Devid Olni səhnədə dünyasını dəyişib.

Məşhur sənətçi səhnədə öldü - Son nəfəsini verməzdən əvvəl üzr istədi
https://peyk.az

Peyk.az xəbər verir ki, konsert zamanı müvazinətini itirən 71 yaşlı sənətçiyə dərhal həkimlər müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, “Santa Rosa” şənliyi çərçivəsində Florida ştatında səhnə alan müğənni, ikinci mahnının ifası zamanı üzr istəyib və ardınca onun səsi kəsilib.

Hərəkətsiz qalan müğənni dərhal yerə uzadılıb və ona ilkin tibbi yardım göstərilib. Olninin hansı səbəbdən həyatını itirdiyi məlum deyil.

Ölümündən sonra onun son çıxışları sosial mediada ən çox izlənilən videolar arasında yer alıb.