Məşhur silah baronu: Putin məhv olan dövləti geri qaytardı

Vladimir Putin rusların əlindən 1990-cı illərdə alınan dövləti onlara geri qaytardı.

Məşhur silah baronu: Putin məhv olan dövləti geri qaytardı
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında ABŞ-da həbs həyatı yaşayan rusiyalı silah baronu Viktor But deyib.

“Putin dövrünün hansısa qərarlarını qəbul edib-etməmək olar, amma bu uğurunu ondan ala bilməzsən. Putin bizə 90-cı illərdə əlimizdən alınan dövləti geri qaytardı”, – deyə o bildirib.

O, sovet dönəmində dövlətçi olduğunu və Putinin dövründə özünü yenidən dövlətçi hesab etdiyini söyləyib:

“Mən yenidən dövlətçiyəm, ona görə ki, dövlət geri qayıdıb. Zaman var idi ki, bu dövlət yox idi. Biz rusiyalılar, ümumiyyətlə, slavyanlar dövlətçiyik, bizə başqa həyat tərzi yaraşmır”.