Məşqçi volleybolçu qızları döydü

Rusiya Federasiyasının Udmurtiya respublikasında məşqçi volleybolçu qızları döyüb.

Məşqçi volleybolçu qızları döydü
https://peyk.az

Peyk.az xəbər verir ki, internetdə yayımlanan videoda müəllim gənc idmançılara qarşı aqressiv hərəkətləri ilə narahatlıq yaradıb.

RİA Novosti xəbər verir ki, respublikanın idman naziri Aleksandr Varshavskinin sözlərinə görə, hadisə 2017-ci ildə Qlazov adına Gənclər Məktəbinin şagirdləri ilə oyun zamanı baş verib.

"Məşqçinin bu davranışını qərəzsiz və qəbuledilməz hesab edirəm. Bu təlim, məşqçilik və idman etikasına ziddir", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, uşaqlar həyatda və idmanda toxunulmazdır və buna bənzər metodlar tətbiq edilməməlidir.

O, bu hadisənin 2017-ci ildə baş verdiyini lakin bu barədə yalnız indi məlum olduğu üçün təəssüfləndiyini də bildirib.

Məşqçi işdən qovulub, araşdırma aparılır.