Məsut Özildən "Arsenal"dakı gələcəyi ilə bağlı açıqlama

"Arsenal"ın futbolçusu Məsut Özil klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Məsut Özildən
https://peyk.az

Peyk.az "beIN Sports"a istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi London təmsilçisindən ayrılmağı düşünmədiyini deyib: "Müqaviləmdən məmnunam. Bu mövsüm və növbəti mövsüm "Arsenal"da oynamağa davam edəcəyəm. Sonra isə nələrin olacağını bilmirəm".

Qeyd edək ki, Özilin "Arsenal"la müqaviləsi 2021-ci ilin yayı başa çatır.