Madurodan Trampa barışıq təklifi: Mən hazıram

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampa gərginliyi azaltmaq üçün dialoq çağırışı edib.

Madurodan Trampa barışıq təklifi: Mən hazıram
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Maduro Tvitterdə qeyd edib.

O, Tramp hakimiyyəti ilə 2020-ci ildə yeni səhifə açmaq istədiyini bildirib.

Özünü "dialoq adamı" kimi təqdim edən Maduro "Mən dialoq adamıyam. Donald Tramp, yaxud ABŞ-ı idarə edən hər kimsə harada, nə zaman, necə istəyirlərsə, münasibətlərimizin yeni təməlini qurmaq və bölgənin sabitliyinə töhfə vermək üçün hörmət və şərəflə dialoq üçün hazırıq", - sözlərini qeyd edib.