Mağazada satıcıya bıçaqla hücum etdi - VİDEO

Rusiyanın Başqırdıstan Respublikasının Neftekamsk şəhərində satıcıya silahlı hücum olub.

“İnsident Neftekamsk”ın yaydığı xəbərə görə, gənc adam mağazada satıcı işləyən bir qadına bıçaqla hücum edib.

Belə ki, onun mağazadan oğurluq etməsindən şübhələnərək, qapını bağlayıb və dərhal polis çağırıb.

Bu zaman həmin şəxs bıçaq çıxararaq qadın satıcıya hücum edib, qapını açmasını istəyib.

Hadisə araşdırılır.