Makqreqor məşqdən görüntülərini paylaşdı, rəqibi qorxduğunu dedi

Konor Makqreqor “Kovboy” Donald Serrone ilə mübarizəyə necə hazırlaşdığını göstərib. İrlandiyalı məşqlərdən yeni fotoları dərc edib.

Makqreqor məşqdən görüntülərini paylaşdı, rəqibi qorxduğunu dedi
https://peyk.az

Bu barədə REN TV məlumat yayıb.

Makqreqor döyüşün favoriti sayılır – onun qələbəsinə 70 faiz əminlik var. Bununla belə, Konor üçün bu, bir illik fasilədən sonra ilk döyüş olacaq.

Serrone isə bu müddətdə beş mübarizədə iştirak edib.

“Kovboy”un özü qorxduğunu etiraf edib. Rusiyalı çempion Həbib Nurməhəmmədov dərhal onu tənqid edərək, ancaq qorxaqların belə düşündüyünü bildirib.