Makron Putinə zəng etdi

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Makron Putinə zəng etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Prezidentlər telefon danışığı zamanı iranlı general Qasım Süleymaninin ölümündən narahat olduqlarını bildiriblər”, - məlumatda qeyd olunub.

Açıqlamada ABŞ-ın bu əməliyyatının bölgədə vəziyyəti ciddi şəkildə gərginləşdirə biləcəyi qeyd olunub.

Telefon danışığı Fransa tərəfinin istəyi ilə baş tutub.