Makrona “bu nə işdir” dedim, güldü... - Ərdoğan ilk dəfə danışdı

Makronun özünə dedim ki, Qrizmann sənə əsgər salamına bənzər salam verdi, sizə cəza verilmədi, bizimkilər hazırda UEFA-da, bu nə işdir? Gülməyə başladı. Təəssüflər olsun ki, siyasəti hər yerə qarışdırırlar.

Makrona “bu nə işdir” dedim, güldü... - Ərdoğan ilk dəfə danışdı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə milli komandası üzvlərinin “Avro-2020”nin Albaniyaya qarşı matçındaı əsgər salamı verdiyinə görə UEFA-nın qərarına münasibət bildirərkən deyib.

UEFA-nın Türkiyəni cəzalandırmadan sadəcə qınadığı və cərimələdiyini xatırladan ölkə başçısının sözlərinə görə, futbolçular əsgər salamı ilə tribunadakı izləyiciləri və onların simasında hərbçiləri salamlayıblar: “Gənclərimizin bu sevgisindən daha təbii nə ola bilər? Yeri gələndə mən də salamlayıram. Mehmətçiyimizi salamlamayıb kimi salamalayacağıq?!”

Ərdoğan final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələcəyini də anons edib: “Bu da qəribə işdir - İtaliya ilə başlayırıq, İtaliya öz evində oynayır. Bu, necə bir işdir? Digər iki matçımızı Bakıda keçirəcəyik. Oradakı oyunlara gedə, Romaya getməyə bilərəm. İlham Əliyev qardaşımla da danışdım, o da gözləyir. İnşallah, ora gedər, iki matçı izləyər və qrupdan çıxarıq”.

Xatırladaq ki, gələn il iyulun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Bakıda təşkil olunacaq.