Makrondan Türkiyəyə: Bundan çox narahatam!

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin dəstəklədiyi müxalif döyüşçülərin Suriyadan Liviyaya göndərilməsinə qarşı çıxır.

Makrondan Türkiyəyə: Bundan çox narahatam!
https://peyk.az

Peyk.az xəbər verir ki, bu iddia ilə AFP çıxış edib.

“Suriya və digər ölkələrdən Tripoliyə döyüşçülərin gəlməsindən narahatam. Buna son qoyulmalıdır!” - deyə Makron bildirib.

Qeyd edək ki, bundan öncə ingilis mediası Türkiyənin dəstəklədiyi 2 minə yaxın müxalif döyüşçünün Suriyadan Tripoliyə yollandığını iddia etmişdi.