“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”

"Mançester Yunayted"in əfsanəvi futbolçusu, Uels millisinin baş məşqçisi Rayan Giqqs komandanın "Mançester Siti" üzərində 2:1 hesablı qələbəsini dəyərləndirib.

“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”
https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı məşqçi Pol Poqbanın "qırmızı şeytanlar"da vacib rolunu da vurğulayıb:

"Böyük bir qələbədir. Bu cür inamla davam etməlisiniz. Futbolçular istər müdafiədə, istər hücumda yaxşı performans göstərdilər. “Mançester Yunayted”in nəhəng klublara qarşı sahib olduğu rekordu və hücuma çıxdıqları zaman rəqibi necə həyəcanlandırdığını bilirik.

Tam bu yerdə Poqbanı geri qazanmaq lazımdır. Komandanın kilidini aça biləcək adam odur".

Qeyd edək ki, Rayan Giqqs 1990-2014-cü illər ərzində "MY"də çıxış edib.