Mauro Kamoranezi Sloveniya klubuna baş məşqçi təyin olunub

İtaliya milli komandasının və "Yuventus"un sabiq futbolçusu Mauro Kamoranezi Sloveniya "Tabor"una baş məşqçi təyin olunub. 

Mauro Kamoranezi Sloveniya klubuna baş məşqçi təyin olunub
https://peyk.az

Peyk.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssislə 2021-ci ilin iyununadək müqavilə bağlanılıb. Komandanın sabiq baş məşqçisi Almir Süleymanoviç isə fəaliyyətini Kamoranezinin köməkçisi kimi davam etdirəcək.

İtaliyalı mütəxəssisin son iş yeri 2016-2017-ci illərdə Meksika "Kafetaleros"u olub. 2006-cı ilin dünya çempionu "Koras de Tepik" və "Tiqre"yə də rəhbərlik edib.

Qeyd edək ki, "Tabor" Sloveniyanın yüksək liqasına ötən mövsümün yekununda yüksəlib və hazırda 8-ci yerdə gedir. Çempionatın lideri isə "Olimpiya"dır.