Medvedyev hökumətin istefa səbəblərini açıqladı

Rusiyanın keçmiş baş naziri Dmitri Medvedyev hökumətinin istefası səbəblərini açıqlayıb.

Medvedyev hökumətin istefa səbəblərini açıqladı
https://peyk.az

Peyk.az xəbər verir ki, D.Medvedyevin sözlərinə görə, onu belə addım atmağa sövq edən səbəb prezident Vladimir Putinin bu il yanvar ayının 15-də Federal Məclisdəki çıxışı olub.

“Dövlət başçısının çıxışında siyasi sistemin yenidən qurulması, hətta ölkədə hakimyyət balansının dəyişdirilməsi, o cümlədən hökumət, parlament, prezidentlik və məhkəmə sistemi ilə bağlı irimiqyaslı vəzifələr səsləndirildi. Bütün bu qərarları qəbul etmək üçün prezident onların sərbəst şəkildə müzakirə və hər hansı bir faktorun təsirinə məruz qalmaması üçün tam azad olmalıdır. Bu faktorlardan biri də hökumətdir”, - deyə D.Medvedyev qeyd edib.

Dmitri Medevedev bir hökumətin 8 il fəaliyyət göstərə bilməsinin müasir Rusiya tarixində bir ilk olduğunu deyib. Ö, öz baş nazirlik zamanını vacib və mürəkkəb dövr adlandıraraq ölkə iqtisadiyyatının Qərbin ağır sanksiyaları altında makroiqtisadi sabitlik nümayiş etdirə bildiyini vurğulayıb.

Keçmiş hökumət başçısı rəhbərlik etdiyi kabinetin inflyasiyanı 15%-də saxladığını da sözlərinə əlavə edib.