Meksikada həftəsonu qətliamı -Küçələr meyitlərlə doldu

Mafiya davaları bitmək bilməyən Meksikada daha bir dəhşətli həftəsonu qətliamı baş verib.

Meksikada həftəsonu qətliamı -Küçələr meyitlərlə doldu
https://peyk.az

Peyk.az xəbər verir ki, cümə günündən bu yana ölkənin Quanajuato ştatında 48 nəfər öldürülüb. Narkotacirlərin atışması zamanı ölənlərin arasında ən gəncinin 6 yaşlı uşaq olduğu bildirilir. 

Ölkə rəsmiləri öldürülən talehsiz uşağın bir restoranda yemək yeyərkən 10 nəfər silahlı şəxslərin atışması zamanı həlak olduğu və hadisə nəticəsində hamilə anasının və atasının da öldüyünü açıqlayıb.

Yerli media hadisə zamanı ölən şəxslərin fotolarını yayımlaması diqqət çəkib. Ölənlər arasında bir polis əməkdaşının da olduğu deyilir. Atışmaların intensiv olduğu Quanajuato ştatında 2020-ci il başlayandan bu günə kimi 301 nəfər öldürülüb. Hökumətin açıqlamasına görə isə 2019-cu ildə ümumilikdə 3 min 540 nəfər həlak olub.