Merkeldən Ərdoğana: Buna hazırıq...

Almaniya kansleri Angela Merkel Elazığ şəhərində baş verən zəlzələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Merkeldən Ərdoğana: Buna hazırıq...
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Almaniya Hökumətinin Mətbuat və İnformasiya İdarəsi məlumat yayıb.

Merkelin məktubda yaralılara şəfa dilədiyi, həlak olanlara görə başsağlığı verdiyi bildirilib:

“Almaniya hökuməti adından sizə başsağlığı verirəm və eyni zamanda fəal dəstək göstərməyə hazır olduğumuzu bildirirəm”.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələ nəticəsində 22 nəfər həlak olub, 1031 nəfər yaralanıb.