Millimizin baş məşqçi postuna namizəd olan məşhurlar - Adlar

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisinin kim olacağı maraqla gözlənilir.

Millimizin baş məşqçi postuna namizəd olan məşhurlar - Adlar
https://peyk.az

Peyk.az xəbər verir ki, bu məsələ AFFA İcraiyyə Komitəsində müzakirə olunsa da, hələlik qərar qəbul edilməyib.

Lakin yığmanın baş məşqçi postuna namizəd olan mütəxəssislərdən bir neçəsinin adı müəyyən olub.

Belə ki, İTV telekanalı assosiasiyanın yeni icraçı vitse-prezidenti Elxan Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi postuna namizəd olan bir sıra mütəxəssislərin adını lentə ala bilib.

Bunlar arasında Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici Di Byaco, Çezare Prandelli kimi məşhur simalar var.

Qeyd edək ki, Branko İvankoviç Oman millisi ilə razılıq əldə edib.