Model 3 elektromobillərinin tədarük tarixi açıqlandı

Tesla şirkəti dekabrın 30-da Çində Model 3 elektromobillərinin tədarükünə başlayacaq.

Model 3 elektromobillərinin tədarük tarixi açıqlandı
https://peyk.az

Peyk.az ted.az-a istinadən bildirir ki, bu haqda şirkət rəsmiləri məlumat yayıb.

Çində Teslanın ilk zavodunun tikintisinə bu ilin yanvar ayında başlanılıb və artıq oktyabr ayında elektromobillərin istehsalına başlanıldı. Zavod il ərzində 250 000 elektromobil istehsal edəcək.

Qeyd edək ki, elektromobillərin tədarükünə dekabrın 30-da başlanılacaq. Zavodun tikintisinə başladıqdan 357 gün sonra müştərilərin avtomobilləri təqdim ediləcək. Bu rəqəm isə Çində dünya avtomobilləri erasında yeni bir rekorddur.