Moskvada müsəlman ölkəsinin taleyi həll olunur - General bir gün vaxt istədi

“Liviyada tərəflər ön şərt olmadan müddətsiz atəşkəs üçün razılığa gəlib”.

Moskvada müsəlman ölkəsinin taleyi həll olunur - General bir gün vaxt istədi
https://peyk.az

Peyk.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Moskvada təşkil olunan Liviya münaqişəsinə dair toplantının nəticələri barədə danışarkən belə deyib. O bildirib ki, Liviyada mümkün atəşkəs sazişinin detalları ilə bağlı sənəd hazırlanıb.

“BMT-nin tanıdığı Milli Birlik hökuməti sənədə imza atıb. General Xəlifə Haftar isə qərar vermək üçün sabaha qədər vaxt istəyib” - deyə türkiyəli diplomat bildirib.