"Mourinyo hansı mövqedə oynayıb?" - Klopp

"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Tottenhem"in çalışdırıcısı Joze Mourinyonun futbolçu olduğu dönəmdə hansı mövqedə oynadığını bilmədiyini söyləyib.

https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən verir ki, o, bununla bağlı jurnalistlərə açıqlamasında deyib: "Mourinyo dünya səviyyəsində məşqçidir. Hansımızın yaxşı oyunçu olduğu bilmirəm. Mən hətta Jozenin hansı mövqedə oynadığını bilmirəm. O, qapıçı idi? Joze hansı mövqedə oynadığını kimsə bilir? Əgər siz bunu bilmirsinizsə, onda məni günahlandırmayın. Məncə, o, qapıçı idi. İndi bilmək istəyirəm. Kimsə "Google"da baxa bilər? Vaxtımız var. O, yarımmüdafiəçi idi? Jozedən üzr istəyirəm. O, bir xeyriyyə matçında qapıda oynamışdı".

Qeyd edək ki, "Liverpul" sabah İngiltərə Premyer Liqasında "Tottenhem"lə qarşılaşacaq.