Mourinyo oyunçularına qadağa qoydu

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Bavariya” ilə matçöncəsi oyunçularına yeni qadağa tədbiq edib.

Mourinyo oyunçularına qadağa qoydu
https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçularına “Bavariya” ilə doğma meydanda oynadıqları və 7:2 hesabı ilə məğlub olduqları ilk matçın videoyazısına baxmağı qadağan edib.

Futbolçularına bu qarşılaşma ilə bağlı nə şəkil, nə də video göstərən Mourinyo bunun səbəbi haqda mətbuata deyib: “Köməkçilərimlə birgə həmin matçın kadrlarını izlədik, ən incə detalları araşdırdıq, amma bir kadr belə oyunçularıma göstərmədim. Heç vaxt da etmərəm”.

Qeyd edək ki, “Bavariya” – “Tottenhem” matçı bu gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.