Müğənni özünə şüşədən ayaqqabı hazırlatdı

Müğənni Samirə Əfəndi yeni il öncəsi fərqli libasda aparıcı Tarix Əliyevin "Hər Şey Daxil" verilişinin qonağı olub.

Müğənni özünə şüşədən ayaqqabı hazırlatdı
https://peyk.az

Peyk.az xəbər verir ki, Əfəndi verilişdə "Zoluşka" obrazında çıxış edib.

Tamaşaçıların diqqətini cəlb edən müğənni "Zoluşka" olaraq kameralara poza verib. İfaçının geyimi və obraz üçün büllur şüşədən hazırlanan xüsusi ayaqqabıların müəllifi Ayşən Temirazovadır.

Əfəndi 2020-ci ilin ilk aylarından yeni layihələri və mahnılarını sevənlərinə təqdim edəcəyini bildirib.